Bakının Sabunçu rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 27 aprel tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Ümumi sahəsi 100 kv.m olan tövlənin yanar konstruksiyaları 60 kv.m sahədə yanıb.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.