Sabunçu rayonunda yanğın baş verib. Bu haqda bu gün, 5 iyun tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma ümumi sahəsi 8 kv.m olan tikilinin dam örtüyündə başlayıb. Nəticədə tikilinin dam örtüyü 2 kv.m sahədə və transformatorun kabeli yanıb. Tikilinin digər hissələrinə və transformatora ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.