Bakının Sabunçu rayonunda qanunsuz silah tapılıb. Bu haqda bu gün, 12 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əvvəllər məhkum olunmuş 50 yaşlı Tofiq Yədayi üzərində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb. Ondan “Kalaşnikov-74” markalı avtomat, patron darağı və 9 ədəd patron aşkar olunaraq götürülüb.
Dindirilmə zamanı T.Yədayi silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə könüllü təhvil vermək əvəzinə özündə saxladığını bildirib.
Faktla bağlı araşdırma aparılır.
[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2024/03/sequence-016.mp4"][/video]