Sabunçu rayonunda polis və vətəndaş arasında insident yaşanıb. Bu haqda bu gün, 28 iyun tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Hadisə rayonun Bakıxanov qəsəbəsində baş verib. Bildirilir ki, sürücü YPX əməkdaşlarına tabesizlik göstərib və “saxla” əmrinə tabe olmayıb. Daha sonra saxlanılan sürücü xidməti avtomobilin arxa şüşəsini sındırıb və polis əməkdaşlarına xəsarət yetirib.
Vətəndaşın sözlərinə görə, onların arasında anlaşılmazlıq olub. O, içkili olub və törətdiyi əməldən peşmandır.
Məhkəmənin qərarı ilə vətəndaş 15 sutkalıq həbs edilib.