Paytaxtın Sabunçu rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 24 mart tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Adıçəkilən rayonda yerləşən və ümumi sahəsi 120 kv.m olan birmərtəbəli, 3 otaqlı evin mətbəxi 4 kv.m sahədə alışıb. Nəticədə mebel, 1 ədəd paltaryuyan maşın, 1 ədəd aspirator və 1 ədəd kondisioner kül olub. Evin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.