Paytaxtın Sabunçu rayonunda yaşayış evi yanıb. Bu haqda bu gün, 3 aprel tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 30 kv.m olan birmərtəbəli, kürsülü evin tavanı 10 kv.m sahədə alışıb. Evin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.