Bakının Sabunçu rayonunda 15 yaşlı oğlan itkin düşüb. Bu haqda bu gün, 21 mart tarixində Lent.az məlumat verib.
Bakıxanov qəsəbəsi, Ş.Kamilov küçəsi, ev 11, mənzil 52-də yaşayan, ruhi əsəb xəstəliyindən əziyyət çəkən 15 yaşlı Yusif Qaziyev ötən gün evdən saat 12:00 radələrində çıxaraq geri qayıtmayıb.
Hadisə ilə bağlı onun atası Seymur Qaziyev polisə müraciət edib. Axtarış tədbirləri başlanılıb.