Bakıda iki yaşlı uşağı qaçırmaqda təqsirləndirilən Gültəkin Muradovanın cinayət işinin istintaqı yekunlaşıb, iş məhkəməyə göndərilib. Bu haqda bu gün, 6 iyul tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyev tərəfindən baxılacaq.
Ötən il dekabrın 29-da Sabunçu rayonu ərazisində iki yaşlı Məhəmməd Şıxəliyevin qaçırılması barədə rayon polis şöbəsinə məlumat daxil olmuşdur. Faktla bağlı “Adam oğurluğu” maddəsi ilə cinayət işi başlanılmışdır.
Sabunçu Rayon Daxili İşlər İdarəsi və 12-ci PB-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 8-də iki yaşlı uşaq aşkar edilmişdir. Oğurluğu törətməkdə şübhəli bilinən Gültəkin Muradova tutularaq istintaqa təhvil verilmişdir.