Bakının Sabunçu rayonunda aprelin 16-sı axşam saatlarında piyadanın iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 17 aprel tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
60 yaşlı Sədaqət Hüseynova yolu keçərkən onu avtomobil vurub. Qadın diz sümüyünün sınığı diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Hadisə Sabunçu Rayon Polis İdarəsində araşdırlır.