Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 28 iyun tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun Xəstəxanayanı küçəsində qeydə alınıb. 49 yaşlı Səmayə Ağayeva avtomobil yolunu keçən zaman onu nəqliyyat vasitəsi vurub. Nəticədə piyada müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.