Sabunçu rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 4 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma ümumi sahəsi 40 kv.m olan köməkçi tikilidə baş verib. Nəticədə tikilinin yanar konstruksiyaları və dam örtüyünün taxta atmaları qismən yanıb. Ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.