Sabunçu rayonunda yol qəzası ölümlə nəticələnib. Bu haqda bu gün, 13 noyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Vüsal Şirinov idarə etdiyi "BMW" markalı avtomobillə hərəkətdə olan zaman yolu keçən 30 yaşlı Məhəmmədəli Həsənzadəni vurub. Nəticədə piyada yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırmaya başlanılıb.