Sabunçu rayonunda 2 qadın bıçaqlanıb. Bu haqda bu gün, 18 may tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Hadisə rayonun eyniadlı qəsəbəsində baş verib. Şəhər şosesində yerləşən fərdi evdə Elnur Əliyev nənəsi Laçın Tatilovanı və həyat yoldaşı Elminaz Məmmədovanı bıçaqlayıb. Yaralılar ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər.
Şübhəli şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır.