Bakının Sabunçu rayonunda yerləşən binada yanğın baş verib. Bu haqda bu gün, 23 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Çoxmərtəbəli yaşayış binasının 19-cu mərtəbəsində yerləşən eyvanda 5 kv.m sahədə məişət tullantıları yanıb. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Mənzillər yanğından mühafizə olunub. Hadisə zamanı xəsarət alan olmayıb.