Bakının Sabunçu rayonu, Balaxanı qəsəbəsində usta bədbəxt hadisə nəticəsində ölüb. Bu haqda bu gün, 16 sentyabr tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
Hadisə 52 yaşlı Azər İsmayılovun yük avtomobilinin (TIR) təkərini təmir etdiyi zaman baş verib. TIR-də olan yük, qəfil olaraq ustanın üstünə aşaraq onu əzib. Usta yerindəcə vəfat edib.
Faktla bağlı araşdırma aparılır.