Salyan şəhəri, Elçin İmanov küçəsində baş verən yol qəzasında iki Bakı sakini xəsarət alıb. Bu haqda bu gün, 20 aprel tarixində Report məlumat verib.
“Prado” markalı avtomobillə “VAZ-2107” markalı avtomobilin toqquşması nəticəsində 71 yaşlı Sarə Abbasova və 48 yaşlı İlham Abbasov müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Hadisə araşdırılır.