Suraxanı rayonunda silsilə oğurluq edən şəxs tutulub. Bu haqda bu gün, 23 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
28 yaşlı Elməddin Rəhimov müxtəlif vaxtlarda ümumilikdə 7 avtomobildən oğurluq etməkdə təqsirləndirilərək saxlanılıb.
Onun barəsində araşdırmalar davam edir.