Bakının Suraxanı rayonu, Əmircan qəsəbəsində marşrut avtobusunda qadının cüzdanını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 3 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Verilən məlumata əsasən, qadın sərnişinin, içərisində 243 manat pulu və bank kartı olan pulqabısı oğurlanıb. Suraxanı RPİ 31-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində əvvəllər oğurluğa və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş R.Əliyev müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.