Bakının Suraxanı rayonu ərazisində yol-nəqliyyat hadisəsi nəticəsində piyada xəsarət alıb. Bu haqda bu gün, 7 mart tarixində Report məlumat verib.
45 yaşlı Ramil Zairəliyev avtomobil yolunu keçərkən onu avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.