Suraxanı rayonunda bank kartlarını talayan şəxs tutulub. Bu haqda bu gün, 1 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Əvvəllər dələduzluq və quldurluğa görə məhkum olunmuş 39 yaşlı Elşad Fəttahov müxtəlif vaxtlarda 8 nəfər şəxsin bank kartından 850, 184, 1000, 400, 481, 2000, 200 və 205 AZN olmaqla ümumilikdə 5320 AZN pul vəsaitini oğurlamaqda təqsirli bilinir.
Onun barəsində araşdırmalar davam edir.