Bakıda evdən 10.000 manatdan çox pul oğurlayan şəxs tutulub. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 25 fevral tarixində xəbər verir.
Fevralın 22-də Suraxanı rayon ərazisindəki evlərin birindən 10.300 manat pul və sənədlər oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini M.Hüseynov saxlanılıb.
İstintaq prosesi davam edir.