Suraxanı rayonu Hövsan qəsəbəsində güllələnmə hadisəsi qeydə alınıb. Bu haqda bu gün, 22 fevral tarixində APA məlumat verib.
İlkin məlumata görə, naməlum şəxs 35 yaşlı İlkin Cavadova odlu silahdan atəş açıb. Cavadov sol bazu və döş qəfəsindən güllə yaraları ilə xəstəxanaya yerləşdirilib və dərhal əməliyyat olunub.
Oxşar hadisə 10 dekabr tarixində həmin rayon ərazisində baş vermişdir. Kriminal dairələrlə əlaqəli 44 yaşlı Allahverdi Mirzəyev yaşadığı evdə başından güllələnərək öldürülmüşdür.