Bakıda şirkətdən oğurluq olub. Bu haqda bu gün, 19 fevral tarixində Report məlumat verib.
Suraxanı rayonunda fevralın 13-də saat 05:00 radələrində şirkətlərdən birinin həyətinə girən 2 maskalı şəxs traktorun hissələrini söküb aparıblar. Bundan əlavə onlar şirkətdə işləyən nəzarətçi, Bakı şəhər sakini C.Muxtarovu bıçaqla hədələyərək hadisə yerindən qaçıblar.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş şəxslər - P.Abdullayev və C.Abdullayev saxlanılıblar.
Faktla bağlı araşdırma davam edir.