Paytaxtın Suraxanı qəsəbəsində ölümcül qəza baş verib. Bu haqda bu gün, 29 dekabr tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
66 yaşlı Əhməd Sadıqov yolu keçərkən onu avtomobil vurub. O, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.