Suraxanı rayonunda intihar hadisəsi baş verib. Bu haqda bu gün, 29 sentyabr tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
Hadisə rayonun Qaraçuxur qəsəbəsi, Şərq yaşayış massivində baş verib. 34 yaşlı Leyla Əmirahova yaşadığı evdə özünü asıb. Onun hansı səbəbdən bu addımı atdığı məlum deyil.
Faktla bağlı araşdırma aparılır.