Ötən gün saat 20:00 radələrində paytaxtın Suraxanı qəsəbəsində quldurluq hadisəsi baş verib. Bu haqda bu gün, 9 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə daxil olan məlumata görə, rayon sakininin 447 manatı quldurluq yolu ilə talanıb.
Suraxanı RPİ 31-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən qəsəbə sakini Xəqani Həsənov tutulub. Fakt araşdırılır.