Bakının Suraxanı rayonunda yol qəzası baş verib. Bu haqda bu gün, 13 mart tarixində Report məlumat verib.
52 yaşlı Həbib Əhmədova məxsus avtomobil idarəetmədən çıxaraq parklanmış avtomobilə çarpılıb. Nəticədə avtomobildə olan H.Əhmədov xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Hadisə araşdırılır.