Paytaxtın Suraxanı rayonunda narkotik maddələrin dövriyyəsinə qarşı silsilə əməliyyatlar aparılıb. Bu haqda bu gün, 7 dekabr tarixində Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Rayonun Hövsan, Əmircan, Bülbülə, Yeni Günəşli və digər qəsəbələrində 45 nəfər narkotacir saxlanılıb. Ümumilikdə 2 kiloqramdan artıq narkotik, psixotrop maddələr və satışı qadağa edilən həblər dövriyyədən çıxarılıb.
Bundan əvvəl, 19 noyabr tarixində narkotik alverinə qarşı genişmiqyaslı əməliyyat paytaxtın Sabunçu rayonunda aparılmışdır. O zaman 27 nəfər narkotacir saxlanılmışdır.
[caption id="attachment_18855" align="alignnone" width="896"]
Foto Daxili İşlər Nazirliyinin rəsmi Youtube kanalı[/caption]