Suraxanı rayonunda oğurluq edən şəxs saxlanılıb. Bu haqda 7 dekabr tarixində Report xəbər verib.
Yeni Günəşli qəsəbəsində 5 mənzildən oğurluq olub. Polisin keçirdiyi axtarış-əməliyyat tədbirləri nəticəsində Elcan Şahverdiyev saxlanılıb. Məlum olub ki, oğurluqdan əlavə o, saxta pul hazırlayaraq dövriyyəyə buraxmağa çalışıb. Onun üzərində 600 manat saxta əsginas aşkar olunub.
Faktla bağlı araşdırma davam edir.