Bakının Suraxanı rayonunda məşhur müğənni Ziba Osmanova qəza törədib. Bu haqda bu gün, 11 may tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Mayın 8-də Ziba Osmanova idarə etdiyi “Changan” markalı avtomobillə 2 azyaşlını vurub. Hadisə nəticəsində azyaşlılar xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır. Müvafiq ekspertiza təyin edilib.