Suraxanı rayonunda yerləşən zavodda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 8 noyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Verilən məlumata əsasən, adıçəkilən rayon ərazisində olan zavoda aid sahədə alışma baş verib. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunaraq yanğının yayılmasının qarşısı alınıb.