Paytaxtın Suraxanı rayonu, Günəşli qəsəbəsində “QAZel” oğurlanıb. Bu haqda bu gün, 4 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Keçirilən əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən A.Muradov Binə qəsəbəsi ərazisində avtomobil ilə birlikdə saxlanılıb. O, nəqliyyat vasitəsinin sahibi E.Məmmədovun qohumudur.
Faktla bağlı araşdırmalar davam edir.