Paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsinda ölümlə nəticələnən avtoqəza baş verib. Bu haqda bu gün, 27 yanvar tarixində Bakuplus.az Reporta istinadən məlumat verir.
V.Zeynalov sürücüsü olduğu “Mitsubishi” markalı atvomobillə yolu keçən paytaxt sakini Teymur Verdiyevi vurub. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.