Paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində polisə silah təhvil verilib. Bu haqda bu gün, 10 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Qəsəbə sakini R.Musayev dəniz kənarından tapdığı “AK-74” markalı silahı və 11 ədəd patronu polisə təhvil verib.
Bundan əlavə, Bakı sakini R.Ağamalıyevin yaşadığı evdə “Toz-B” markalı tüfəng və 3 ədəd patron aşkarlanmışdır.