Paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində samovar oğurlanıb. Bu haqda bu gün, 22 yanvar tarixində Bakuplus.az Reporta istinadən məlumat verir.
Bakı şəhər sakini S.Vəlizadə qəsəbə ərazisində yerləşən evlərin birinin zirzəmisindən ümumi dəyəri 2000 manat olan 3 ədəd samovar oğurlamaqda şübhəli bilinir.
Həmçinin o, digər ev və həyətyanı səhədən ümumilikdə 3000 manatlıq təmir-tikinti alətləri və məişət əşyaları oğurlayıb.
Araşdırmalar davam edir.