Paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində polisə tabesizlik edən iki nəfər tutulub. Bu haqda bu gün, 28 mart tarixində Bakuplus.az Baş Narkotiklərlə Mübarizə İdarəsinə istinadən xəbər verir.
Abşeron rayon sakini Şəmistan Mirişliyə idarə etdiyi “Chevrolet” markalı atvomobillə qanun pozduğuna görə polis əməkdaşları tərəfindən “Saxla” əmri verilib. Əmrə tabe olmayan şəxs hadisə yerindən qaçmaq istəsə də, cəhdi alınmayıb.
Daha sonra, sərnişin olan İmişli rayon sakini Elnur Novruzlu polis əməkdaşlarına müqavimət göstərərək, qaçmaq istəyib.
Saxlanılan hər iki şəxsin narkotik təsiri altında olduğu məlum olub. Onlar barəsində araşdırma davam edir.