Paytaxtın Suraxanı rayonu, Əmircan qəsəbəsində orta məktəbdə yanğın baş verib. Bu haqda bu gün, 7 yanvar tarixində Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
84 nömrəli tam orta məktəbin ikinci mərtəbəsində alışma başlayıb. Hadisə yerinə FHN-nin əməkdaşları gələrək yanğını söndürüblər.
Təfərrüatlar araşdırılır.
10:00 - Yenilənib
Şagirdlər təxliyə olunub. Xəsarət alan yoxdur. Təhsil müəssisəsi tədrisi distant formada davam edəcəyini bildirib. Bu haqda Report Bakı şəhər Təhsil İdarəsinə istinadən məlumat verib.