Paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində fəhlə iş yerində dünyasını dəyişib. Bu haqda bu gün, 28 fevral tarixində Bakuplus.az Baş Prokurorluğa istinadən xəbər verir.
“North East Construction” MMC tərəfindən inşa edilən hündürmərtəbəli binada fəhlə kimi işləyən Biləsuvar rayon sakini Tərlan Əlizadə hüdnürlükdən yıxılıb. O, hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanılıb.