Paytaxtın Suraxanı rayonu, Ramana qəsəbəsində avtomobil piyadanı vurub. Bu haqda bu gün, 1 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini Ş.Rzayevin idarə etdiyi “Mitsubishi” markalı nəqliyyat vasitəsi yolu keçən qəsəbə sakini Xudaverdi Mürsəlovu vurub. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.
Araşdırmalar davam edir.