Suraxanı rayonunda oğrular saxlanılıb. Bu haqda 14 may tarixində Daxili İşlər Nazirliyi məlumat verib.
Suraxanı rayonunda son 1 ay ərzində polis əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı Hövsan, Qaraçuxur, Əmircan və Yeni Günəşli qəsəbələrində oğurluqla məşğul olan 9 cinayətkar qrupun üzvü olan ümumilikdə 14 nəfər saxlanılıb.
Bu şəxslərin həmin ərazilərdə yerləşən 36 ev və obyektdən pul, qızıl-zinət, məişət və digər əşyalar oğurladıqları müəyyən edilib.