Paytaxtın Suraxanı rayonunda 75 narkotacir tutulub. Bu haqda bu gün, 18 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Son 1 ay ərzində keçirilən əməliyyatlar nəticəsində 24 kq narkotik və psixotrop maddə, eləcə də 500 ədəd çətənə kolu dövriyyədən çıxarılıb. Saxlanılan 75 nəfərin 40-ı həbs edilib, 35-i isə polisin nəzarəti altına verilib.
Narkotik alverinə qarşı mübarizə davam edir.