Paytaxtın Suraxanı rayonunda yaşayış evində yanğın baş verib. Bu haqda bu gün, 24 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 50 kv.m olan birmərtəbəli evin mətbəxi yanıb. Tikilinin digər hissələrinə ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunub. Yanğın söndürülüb.