Paytaxtın Suraxanı rayonunda evdən oğurluq edən bir nəfər tutulub. Bu haqda bu gün, 14 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı sakini T.Hacıyev yaşayış evindən 2025 manat, 1000 manatlıq kombi və digər, inşası bitməmiş tikilidən 2000 manat dəyərində elektrik naqilini oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırma davam edir.