Paytaxtın Suraxanı rayonunda məktəbli intihar etmək istəyib. Bu haqda bu gün, 10 fevral tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
7-ci sinif şagirdi olan qız, E.Cəfərov adına 118 nömrəli tam orta məktəbin 3-cü mərtəbəsindən özünü atmaq istəyib.
Bədbəxt hadisənin qarşısı müəllim kollektivi tərəfindən alınıb. İlkin məlumata əsasən, şagird bu addımı evdə ailə-məişət zəminində məruz qaldığı xoşagəlməz hallara görə atmaq istəyib.
Məktəb psixoloqu şagird ilə profilaktik söhbət aparıb.
Həmçinin Yetkinlik Yaşına Çatmayanların işləri və Hüquqlarının müdafiəsi üzrə komissiyaya məlumat verilib. Qızın ailəsi ilə danışıqlar aparılıb.