Bakının Suraxanı rayonunda iki nəfərin xəsarət alması ilə nəticələn yol qəzası baş verib. Bu haqda bu gün, 16 fevral tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Sərnişin qismində olan 46 yaşlı Samirə Rüstəmova və oğlu, 25 yaşlı İbrahim Rüstəmov iki avtomobilin toqquşması nəticəsində xəsarət alıblar.
Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırmalar aparılır.