Paytaxtın Suraxanı rayonu, Bülbülə qəsəbəsindən bir ailənin iki üzvü dəm qazından zəhərlənib. Bu haqda bu gün, 2 fevral tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
34 yaşlı Ramilə Aslanova və 5 yaşlı Məryəm Aslanova yaşadıqları evdə zəhərləniblər. Onlar xəstəxanaya yerləşdiriliblər.
Təfərrüatlar araşdırılır.