Suraxanı rayonunda orta məktəbdən və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar. Bu haqda 12 yanvar tarixində Daxili İşlər Nazirliyi xəbər verib.
Yeni Günəşli qəsəbəsində 7 avtomobilin şüşəsi qırılıb və nəqliyyat vasitələrinin salonundan maqnitofon və digər qiymətli əşyalar oğurlanıb. Polisin keçirdiyi axtarış-əməliyyat nəticəsində paytaxt sakinləri, əvvəllər məhkum olunmuş Əli Səfərov və Əli Nəbiyev saxlanılıblar.
İstintaq zamanı məlum olub ki, onlar həmçinin Suraxanı rayonunda yerləşən orta məktəbdən kompüter avadanlıqları və 1 ədəd velosiped oğurlayıblar.
Faktlarla bağlı araşdırma davam edir.