Bakıda kişi bıçaqlanıb. Bu haqda 1 iyul tarixində Oxu.az məlumat verib.
Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsində 32 yaşlı Bəhrəm Bağırov tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Naməlum şəxs ona iki bıçaq zərbəsi endirib. Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.