Suraxanı rayonunda qadın bədbəxt hadisə nəticəsində vəfat edib. Bu haqda 22 dekabr tarixində Sonxeber.az məlumat verib.
Yeni Günəşli, "Xəzər İnşaat D" massivində bu gün 38 yaşlı 2 uşaq anası 4-cü mərtəbədən yıxılaraq ölüb. Hadisə səhər saat 7 radələrində qadın pəncərəni silərkən baş verib.
Məlum olub ki, mərhumun bir qız və bir oğlan övladı var.