Bakıda kafedə bir nəfər bıçaqlanıb. Bu haqda 6 may tarixində APA məlumat verib.
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində kafedə müştəri olan 35 yaşlı Ramil Musayev naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı qarnın ön divarının kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.